“Facebook”un baş əməliyyat direktoru: Qadınların qarşısında maneə özləridir

10 Mart 2018 21:50

"Facebook"un baş əməliyyat direktoru Şerly Sandberq ildə 26 milyon dollar qazanır. Bir dəfə qadın və kişilərdən ibarət olan bir neçə yüz nəfərlik qrupda nitq söyləyir.

Milli.Az facemark.az-a istinadən bildirir ki, nitqini başa vurduqdan sonra, konfransda olan iştirakçı qadınların biri ilə söhbətə başlayır. Ona nitqinin onun üçün neçə keçdiyini soruşur. Qadın bunları deyib: "Doğru olmadığını düşünsəm də, əlimi qaldırmağın vacib olduğunu öyrəndim".

Sandberq qadının nə demək istədiyini başa düşmür. Qadın isə sözlərinə davam edir: "Yəqin ki, fərq etməmisiniz. Nitqinizin sonunda sual-cavab bölməsi var idi. Hər kəs əlini qaldırdı. 20 dəqiqə sonra isə, yalnız 2 dənə son suala cavab verəcəyinizi dediniz.

Zalda olan bütün qadınlar əllərini aşağı saldılar. Ancaq kişilər isə əlləri yuxarıda gözləməyə davam etdilər. Yəni, qadınlar qaydalara tabe oldu. Sualları cavabsız qaldı. Ancaq kişilər isə əlləri yuxarıda gözləməyə davam etdilər və sualları cavablandırıldı. Nitqinizin sonundan səhv olduğunu bilsəm də, əlimi qaldırmağı öyrəndim".

Şeryl Sandberqə görə, qadınların qarşısında maneə olan tək şey özləridir: "Qadınlar çox ağıllıdırlar, bütün qaydalara tabe olurlar. Hər detala xüsusilə fikir verirlər. Səhv etməkdən qorxurlar".

Milli.Az