Qeyrət mövzularına etinasızlığı müalicə etmək lazımdır

10 Mart 2018 20:50

Qeyrət mövzularına etinasızlıq elə bir ruhi xəstəlikdir ki, onu müxtəlif şəkillərdə müalicə etmək olar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bir nəfər nəql edir ki, dostları ilə birlikdə parkların birində gəzirdi və bir ailə gördü ki, xanımı pis geyimli halda idi. Həmin şəxs öz-özünə düşündü ki, mütləq nəyh-əz-munkər etməlidir.

O, nəql edir: "Kişi nəyisə almaq üçün xanımından və uşağından ayrılan zaman, Allaha pənah aparıb, həmin kişiyə yaxınlaşıb dedim: "Mən müsafirəm və bir neçə dəqiqədir ki, sizi müşahidə edirəm. Yəqin ki, bundan sonra sizi görməyəcəyəm, ancaq sizə bir söz demək istəyirəm. Sizin qeyrətiniz necə icazə verir ki, həyat yoldaşınız cəmiyyət içinə bu vəziyyətdə çıxsın?".

Həmin şəxs bir qədər fikrə getdi və sonra dedi: "Düz buyurursunuz. Əsil təqsirkar mən özüməm. Mənim xanımım yavaş-yavaş dəbə uyğunlaşmağa başladı. Mən də onun bu işinə etina göstərmədim. Ancaq söz verirəm ki, bu gün onunla bu haqda səmimi halda söhbət edəcəyəm və özünü düzəltməsini istəyəcəyəm. Mütləq nəticə əldə edənədək, çalışıb səy edəcəyəm. İnanıram ki, müsbət nəticə də hasil olacaq".

Mən də nəsihətimin nəticə verəcəyi ümidi ilə ondan ayrıldım".

Dinimiz dostların sifətlərinə və əqidələrinə diqqət göstərməyi həmişə tövsiyə etmişdir. Ona görə də insan gərək elə şəxslə dostluq etsin ki, qeyrət mövzularında azsamasın. Eləcə də, ətrafında olanlarda qeyrət mövzularına etinasızlıq gördükdə, çalışıb onları islah etməlidir.

İctimai qınaq - qeyrət mövzularına etinasızlığı müalicə etməyin ən effektiv yollarındandır.

Milli.Az