Xərçəngə qarşı "CAR T" hüceyrə müalicəsi

10 Mart 2018 22:15

İspaniyada son mərhələdəki yeddi leykemiya xəstəsi üzərində tətbiq olunan "CAR T" hüceyrə müalicəsində alınan müsbət nəticələr, konqresdə paylaşıldı.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, xəstənin öz qanının alınıb xərçəngə səbəb olan immun sistemin hüceyrələrindəki genin dəyişdirilərək təkrar xəstəyə nəql edildiyi "CAR T" hüceyrə müalicəsi, leykemiya, lenfoma və miyeloma xərçəngi xəstələri üçün ümid işığı oldu.

Mütəxəssislər xərçəng barəsində məlumat verdilər: "Xərçəng hamımızın bədənində inkişaf edir. Öz immun sistemimiz onu tanıyıb ortadan qaldıra bilir. Nə vaxt ki, immunitetin diqqətindən bu hüceyrələr qaçır, çoxalmaq üçün bir imkan tapır, o zaman xərçəng meydana gəlir. Bu müalicə üsulu, hər xəstə üçün, onun öz T hüceyrələrinin, yəni xərçəngə qarşı mübarizə aparacaq immunitet hüceyrələrinin çölə alıb, o xərçəngi ona tanıdacaq xüsusi məlumatlar öyrədib, o xərçəngə qarşı həssas hala gətirib, gözündən qaçan xərçəngi tanımasını təmin edib, bu təhsili verdikdən sonra təkrar xəstəyə geri verməkdən ibarət bir müalicədir".

Milli.Az