Dəstəmaz alan adamın əlinə başqası su töksə, alınan dəstəmaz düzgün sayılırmı?

10 Mart 2018 21:15

Dəstəmazın bəzi şərtləri vardır ki, onlara riayət etmək mütləq lazımdır. Bu şərtlərin yerinə yetirilməməsi dəstəmazın pozulmasına gətirib çıxarar. Həmin şərtlərdən biri də dəstəmaz əməllərini insanın özünün, kənardan kömək olmadan yerinə yetirməsidir. Burada dəstəmaz əməllərinin özü nəzərdə tutulur. Yəni başqa adam dəstəmaz alan şəxsin üzünü, qollarını yusa, dəstəmaz batildir. (Əlbəttə, şikəst insanların dəstəmazına kənardan yardım edilə bilər. Bunun da öz qaydaları vardır ki, risalələrdə qeyd edilib).

Milli.Az islam.az-a istinadən bildirir ki, fmma dəstəmazın müqəddiməsi sayılan işlərdə başqasından yardım almaq dəstəmazı pozmaz. Belə ki, dəstəmaz alan şəxs üçün su hazırlayıb gətirmək, qabı su ilə doldurub ona vermək icazəlidir. Amma bu kimi işlər təkəbbürə səbəb olmamalıdır.

Dəstəmaz alan zaman başqası adamın əlinə su töksə, dəstəmaz batil olmaz. Amma bu əməl də məkruh sayılır, yaxşı olar ki, dəstəmazda bu cür hallara yol verilməsin.

Milli.Az