"Windows XP"nin ölümünə nə qədər qalıb?

15 Avqust 2011 14:23
Milli.Az xəbər portalı "Techno Crunch"a istinadən bildirir ki, nüfuzlu "Gartner" konsaltinq şirkətinin ekspertlərinin fikrincə, bu ilin sonunadək "Windows 7" dünyadakı bütün kompüterlərdəki əməliyyat sistemlərinin 42 faizini təşkil edərək lider mövqe tutacaq.

Analitik Annet Cemp hesab edir ki, bu ilin sonunadək "Windows 7" əməliyyat sisteminin istifadəçilərinin sayı, xüsusilə də korporativ istifadəçilərin sayı ABŞ ilə Cənub-Şərqi Asiya ölkələrində daha böyük sürətlə artacaq.

"Windows XP" əməliyyat sisteminə gəldikdə isə, mütəxəssislər onun "ölüm"ünə az qaldığını düşünürlər.

Araşdırmalar "iMac" və "Mac OS" əməliyyat sistemlərinin bazardakı payının da son bir ildə artdığını göstərib.
Eyni zamanda "Chrome OS", "Android" və "WebOS" əməliyyat sistemlərinin yaxın illərdə bazardakı payları artacaq.

Milli.Az