Bu sözün ərəb dilindən tərcüməsi "kitabın anası" deməkdir. Burada "kitab" Qurani-Kərimə işarədir. "Ana" kəlməsi isə əsas, bünövrə mənasını verir. Əksər mənbələrdə "ümmül-kitab" ifadəsi ilahi iradə ilə baş vermiş və baş verəcək hər şeyin qeydə alındığı lövhi-məhfuza aid edilir.
Milli.Az islam.az-a istinadən bildirir ki, Peyğəmbərlərə göndərilmiş bütün səmavi kitablar kimi Qurani-Kərim də nazil olmazdan əvvəl lövhi-məhfuz üzərində mövcud olmuş, sonra mələk vasıtəsilə Həzrət Mühəmməd Peyğəmbərə (s) endirilmişdir. Buna görə də lövhi-məhfuz Qurani-Kərimin mənbəyi, yəni "anası"dır: "Şübhəsiz ki, o, dərgahımızdakı əsl kitabda (ümmül-kitabda) mövcuddur" (Zümər, 4). "Allah istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar. Kitabın əsli (ümmül-kitab) Onun yanındadır" (Rəd, 39).
Qurani-kərimin birinci surəsi olan Fatihənin adlarından biri də "ümmül-kitab"dır. Quranın bütün məna yükü, qayəsi, missiyası Fatihə surəsinin içində toplanıb. Fatihə Quranın cövhəri, mayası kimidir.
Milli.Az