UEFA-nın üzvü 2 milyon avroluq israfçılıqda şübhəli bilinir

3 Mart 2018 17:06

Ukrayna Futbol Federasiyasının (FFU) sabiq prezidenti və UEFA İcraiyyə Komitəsinin üzvü Qriqori Surkis 2 milyon avronu israf etməkdə şübhəli bilinir.

Milli.Az report-a istinadən xəbər verir ki, Avropa futbol qurumu bu vəsaiti ölkədə futbolun inkişafına ayırıb. Lakin Q.Surkis və onun müavini Aleksandr Bandurko həmin pulları Kiyev yaxınlığında milli komanda üçün bazanın tikintisinə sərf edib. Lakin bu layihə hələ də ərsəyə gəlməyib.

FFU-nun hazırkı rəhbərliyi məsələ ilə bağlı araşdırmalar aparır.

Milli.Az