Abşeron rayonunda gənc oğlan anasını bıçaqlayıb. Özü də pul üstündə. Oğlan mağazadan qayıdan anasından pul istəyib. Anasından yox cavabı alan gənc əsəbləşərək ona ardıcıl bir neçə bıçaq zərbəsi vurub.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 17 yaşlı gənc anasını bıçaqlayıb. Səbəb isə gəncin anasından pul istəməsi və ondan yox cavabı alması olub.
Hadisə Abşeron Gənclər Şəhərciyində qeydə alınıb.
Anası Kəmalə Zalovanı bıçaqlayan Sənan Zalov avtomobillə hadisə yerindən qaçıb.
Ağır xəsarətlər alan 34 yaşlı ana xəstəxanaya aparılıb. Dərhal əməliyyata alınan qadının böyrəklərindən birinin tamamilə zədələndiyi məlum olub və həmin böyrək çıxarılıb.
Hadisəni törədən gəncin əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilir. Zalovlar ailəsi Xudat rayonundandır və Abşeron Gənclər Şəhərciyində kirayədə qalır.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları əraziyə cəlb olunub. Sənan Zalovun axtarışları davam etdirilir.
Milli.Az