Oğlu evlənmədi, 7 il sonra qonşu qızının toyuna saldığı pulu geri istədi - FOTO

1 Mart 2018 14:04

Türkiyədə maraqlı olay yaşanıb.

Milli.Az Türkiyə mətbuatına istinadla bildirir ki, Kayseri şəhərində yaşayan M.K adlı qadın qonşusuna məktub yazıb. 

Qadın məktubda qonşusundan 7 il əvvəl onun qızının toyunda xərclədiyi pulları, taxdığı qızılları qaytarmağı istəməsi qeyd olunub. M.K. bildirib ki, oğlunun 37 yaşı tamam olub və indidən sonra da onun evlənəcəyinə ümidi yoxdur.

Məktubun şəklini çəkən qadın fotonu sosial şəbəkədə yayıb. Foto maraq doğurub.

Emin
Milli.Az