Britaniyalı nazir deputat həmcinsi ilə evləndi
29 Mart 2010 14:20
Milli.Az "Associated Press" agentliyinə istinadən xəbər verir ki, bununla Britaniyanın Avropa məsələləri üzrə naziri, parlamentin üzvü Kris Brayantla onun Leyboristlər Partiyasından olan həmkarı Cared Krenni vətəndaş nikahına giriblər. Mərasimin təşkili üçün Brayant Nümayəndələr palatasının spikeri Con Berkoudan icazə alıb. Bundan sonra istənilən homoseksual cütlük Britaniya parlamentinin binasında münasibətlərini rəsmiləşdirmək üçün ərizə ilə müraciət edə bilər.
Milli.Az