Beyl Bekhemə ortaq oldu

28 Fevral 2018 19:36

İspaniya La Liqasının XXVI turunda "Real" "Espanyol"la qarşılaşıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, matç madridlilərin hücumçusu Qaret Beyl üçün əlamətdar olub.

Belə ki, görüşə start heyətində başlayan uelsli oyunçu bununla da "kral klubu" ilə Primerada 126-cı matçını keçirib. Beyl "Real"ın heyətində ən çox oyun keçirən ikinci britaniyalı olub.

O, daha əvvəl Devid Bekhemin müəyyənləşdirdiyi rekordu təkrarlayıb.

Qeyd edək ki, sözügedən oyun "Espanyol"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli.Az