Rezüme(xülasə)- iş axtarmaq üçün ən səmərəli vasitələrdən biridir. Əslində o, potensial işəgötürən üçün sizin tərcümeyi-halınız və peşəkar təcrübəniz barədə ən əhəmiyyətli faktların qısa şərhidir. Rezüme yazarkən yadda saxlamaq lazımdır ki, o, sizdən ötrü bir növ vizit vərəqinə çevriləcək, buna görə də xülasə sizi iş axtaran insanların böyük axını arasında fərqləndirməlidir. Rezüme 1-2 səhifədən ibarət olmalı və orada aşağıdakı məsələlər işıqlandırılmalıdır:
Soyadınız, adınız, atanızın adı
Milli.Az meslehetdir.com-a istinadən bildirir ki, bu məlumatları vərəqin yuxarı hissəsində mərkəzdə iri hərflərlə (18-20 ölçülü şriftlə) yazmaq məsləhətdir.
Əlaqə məlumatları
Bu bənddə öz telefonunuzun nömrəsini, elektron poçtunuzun və İnternetdə səhifənizin (əgər varsa) ünvanını göstərin. Ev ünvanınızı göstərmək məsləhətdir, lakin bu zəruri deyil. Yaşadığınız rayonu (yaxınlıqdakı metro stansiyasını) göstərməklə kifayətlənmək olar. Bir sözlə, sizinlə tez və operativ əlaqə yaratmaq üçün mümkün əlaqə vasitələrini göstərin.
Məqsəd
Hansı vakansiyaya, işə və ya fəaliyyət sahəsinə iddia etdiyinizi göstərin, özünüzün peşəkar maraqlarınızın əhatə dairəsini qeyd edin. Burada həmçinin sizin gələcək iş yeriniz barədə arzu və tələblərinizi də göstərə bilərsiniz.
Təhsiliniz (əsas və əlavə)
Həm əsas, həm də əlavə təhsiliniz: oxuduğunuz kurslar, məşğul olduğunuz seminarlar, iştirak etdiyiniz treninqlər, stajkeçmə və s. barədə informasiyanı göstərin. Hər bir təhsil yeri barədə aşağıdakı zəruri məlumatlar göstərilməlidir:
İş təcrübəniz
Sonuncu (cari) iş yerinizdən başlayaraq hər bir iş yeriniz barədə aşağıdakı məlumatları göstərin:
Bir qayda olaraq, son on ilə aid iş təcrübəniz barədə məlumatlar göstərilir. Tələbələr və məzunlar bu bölmədə həm ödənişli, həm də ödənişsiz iş (kurs işinin, diplom işinin yazılması, ictimai fəaliyyət) barədə məlumatlar göstərə bilərlər.
Peşəkar vərdişlər və biliklər
Sizin xülasənin məqsədi olan ixtisas üçün münasib vərdişlərinizi və biliklərinizi sadalayın, həmçinin aşağıdakı məlumatları göstərin:
Peşə sertifikatları
Əgər varsa, onları göstərin
Dil bilikləriniz
Hansı dilləri və hansı səviyyədə (ibtidai, orta, sərbəst) bildiyinizi göstərin.
Şəxsi məlumatlar (göstərmək zəruri deyil)
Bu bölmədə aşağıdakı məlumatları göstərə bilərsiniz:
Xronoloji yanaşma. Sizin peşə statusunuz və işlədiyiniz təşkilatlar xüsusi qeyd edilir. Bu siyahı axırdan, yəni zaman etibarilə ən sonuncu iş və ya təhsil yerindən başlanır. Bundan əlavə, sizin işiniz, bilavasitə vəzifələriniz və qazandığınız uğurlar barədə məlumat göstərilməlidir. Bu yanaşma aşağıdakı hallarda tətbiq edilir:
Aşağıdakı hallarda bu yanaşmadan istifadə etməyə dəyməz:
Fəaliyyət baxımından yanaşma. Əgər siz konkret iş tapmağa çalışırsınızsa, bu halda yaxşı olar ki, xülasəni əsas ixtisas dərəcələrinin rubrikaları üzrə təşkil edəsiniz, həmin fəaliyyət növünə birbaşa aidiyyəti olan qabiliyyətlərinizi sadalayasınız və bu fəaliyyətin yerinə yetirilməsi üçün malik olduğunuz xüsusi keyfiyyətləri vurğulayasınız. Bir neçə nümunə: liderliyə meyl, şəxsiyyətlərarası ünsiyyət vərdişləri, işin təşkil olunmasına və idarə edilməsinə görə məsuliyyəti öz üzərinizə götürmək bacarığınız. Sizin xüsusi bacarıq və keyfiyyətlərinizin tətbiq sahəsi televiziya, proqramlaşdırma və menecment kimi fəaliyyət sahələri ola bilər. Bu halda xülasədə sizin əvvəlki iş yerində tutduğunuz vəzifələr və oradan təqdim edilən xasiyyətnamələr ikinci dərəcəli rol oynayır.
Bu yanaşma aşağıdakı hallarda tətbiq edilir:
Aşağıdakı hallarda bu yanaşmadan istifadə etməyə dəyməz:
Milli.Az