Qan azlığının 10 ƏLAMƏTİ

27 Fevral 2018 21:40

Səhərlər yuxudan yorğun oyanırsınızsa, özünüzü halsız hiss edirsinizsə, unutqanlığınız artıbsa, saçlarınız zəifləyibsə sizdə qan azlığı ola bilər. Qan azlığının əsas səbəblərindən biri də dəmir çatışmazlığıdır.

Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, xüsusilə qadınların böyük əksəriyyətinin ortaq problemi dəmir əskikliyi və qansızlıqdır.

Qan azlığının əlamətləri nələrdir?

- Rəng solğunluğu.

- Səhər yorğunluğu, gün ərzində halsızlıq, enerji azlığı.

- Soyuğa dözümsüzlük, normadan çox üşümə.

- Dırnaqlarda qırılma, əyilmə.

- Dildə düzləşmə, qızartı.

- Nəfəs çatışmazlığı, tez yorulma.

- Ağız kənarında çatlar yaranması.

- Əsəbilik.

- Konsentrasiya pozğunluğu.

- Tez-tez xəstələnmə, immunitet sistemində zəiflik.

Necə müalicə etməli?

- Həftədə 2-3 gün ən az 100 qram qırmızı ət yeyin.

- Həftədə bir neçə gün səhərlər yumurta yeyin.

- Həftədə ən azı 2 gün quru lobya, noxut, mərcimək yeyin.

- Yoqurt yeyin, ayran için.

- Süd məhsullarının tərkibindəki kalsium dəmir çatışmazlığının aradan qaldırılmasında böyük rol oynayır.

- Çay və qəhvə az içməyə çalışın. Xüsusilə səhər yeməyində açıq rəngli çay için, yanında da limon olsun.

Qan artıran qidalar

- Mal əti ilə yanaşı, onun qaraciyərinin qızardılıb yeyilməsi də qanı artırır.

- Göy soğan.

- İspanaq.

- Alma qurusu.

- Nar.

- Qara kişmiş.

- Bəhməz.

- Çuğundur. Həm çiy, həm də bişmiş halda yemək olar. Şirəsini içmək də çox faydalıdır.

- Qara üzüm.

- Kişmiş.

- Alma.

- Keçibuynuzu.

- Tünd yaşıl yarpaqlı tərəvəzlər.

Milli.Az