Azərbaycanlı model məşhur türk aktyoru ilə gizlicə evləndi? - YENİLƏNİB
13 Avqust 2011 18:18
18:18
Best Model of the World-da dünya ikincisi olmuş azərbaycanlı model Günay Musayevanın, Türkiyənin tanınmış aktyoru, "Yaprak dökümü" serialında Oğuz obrazını canlandıran Tolga Karellə gizli evlənməyi barəsində xəbərlər yalan çıxdı.
İstanbuldan telefonla Trend Life-a məlumat verən model, toyun olacağını anons etsə də hələ aktyorla rəsmi nigaha girmədiyini israrla söylədi. "Dul qadın deyiləm ki, hər kəsnən gizli ailə qurum. Bəli, elə Trend Life vasitəsilə bəyan etmişdim ki, mən Tolganın evlilik təklifinə yox demişəm. Amma görürəm ki, o, həqiqətən məni sevir. Hər şey Bolqarıstanda baş verdi. Tolga Karel münsif kürsüsündə əyləşmişdi. Və mənə də səhnədən seyr edərkən aşıq olub.
İlk əvvəl evlilik təklifinə müsbət cavab vermədim. Çünki qısa zamanda bu təklif real görünmürdü. Amma indi razılıq vermişəm. Şaiyələrin yayılması isə bizim notariat kontoruna getməyimizdən sonra yayıldı. Bəzi sənədlər var idi, təsdiqlənməli idi. Azərbaycan vətəndaşı olduğum üçün bəzi sənədlərim hələ gələn həftə Bakıdan gələcək. Başımız nigah hazırlıqlarına qarışıb. Nigahımız yaxın günlərdə olmalıdır. Toyumuz isə sentyabrda olacaq" - Günay Musayeva belə deyib.
Model söz verdi ki, şəxsi həyatında baş verəcək bütün xoş dəyişiklikləri eksklüziv olaraq Trend Life oxucuları ilə bölüşməkdə davam edəcək.
----------
09:43
Türkiyənin tanınmış aktyoru, Azərbaycan tamaşaçısının "Yaprak Dökümü" serialında canlandırdığı Oğuz obrazı ilə tanıdığı Tolqa Karel azərbaycanlı model Günay Musayeva ilə ailə həyatı qurub.
Anspress "Focushaber" saytına istinadən xəbər verir ki, "yıldırım nikahı"na (təcili nikah) qərar verən Tolqa Karel münasibətlərinin yeni olmasına baxmayaraq, Günay Musayevaya evlənmək təklif etdiyini bildirib.
Məlumata görə, ötən gün cütlük İstanbulun Üsküdar rayonundakı 1 saylı notariusda olub və Tolqa Karel Günay Musayevanı "həyat yoldaşım" deyə təqdim edib. Aktyor notariusda Günay Musayevaya qeyri-müəyyən bir iş üçün vəkalətnamə verib.
Milli.Az