Psixikanın normal vəziyyəti yoxdur – Alimlərdən sensasiya

24 Fevral 2018 20:23

ABŞ universiteti tədqiqatçılarının yeni araşdırmasının nəticəsində aydın olub ki, düşünmək, davranış və psixikanın son təkamülü indi elə bir həddədir ki, psixikanın normal və sağlam vəziyyəti adlı diaqnoza gərək yoxdur.

" Biz düşünürük ki, konkret norma deyilən vəziyyət yoxdur. İnsan düşüncəsi və orqanizmi o qədər fərqlidir ki, tam olaraq neqativ və pozitiv adlandırılacaq davranış yoxdur. Ətraf mühit və insanlardan asılı olan potensial davranış və psixika var- deyə müəlliflər bildirir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, misal olaraq, risk etməyə meyillik kimi davranışa baxmaq olar. Risk etməyə meyilli insan düşdüyü mühitdə, şəraitdən asılı olaraq risk edib  narkotikaya qurşana, kriminal aləmə qoşula da bilər və yaxud  digər tərəfdən belə adam heç kimin risk etmədiyi bir işi, tapşırığı üzərinə götürüb, irəli apara bilər. Ona görə də düşüncə və psixikanın sağlam və xəstə olması arasında sərhəd yoxdur və bu ayrılma düzgün deyil. Ona görə də psixi xəstəliklərin biomarkerlərini və standart müalicə metodunu tapmaq çətindir.

Bizim məqsədimiz multivariativ yanaşma yaratmaqdır ki, insanın davranışının müxtəlif aspektlərini eyni vaxtda nəzərə alıb, həqiqi psixi xəstəlikləri göstərə bilsin.  Alimlər insanın xarakterindən asılı olan pis və ya yaxşı cəhətlərin xəstə və ya sağlam kimi dəyərləndirilməsini düzgün hesab etmir.
 
Bu daha çox cəmiyyətin təlqin etdiyi qanunlardır. Süni olaraq tipik ideallar yaradılması, bəzi insanları psixi pozuntusu olan xəstə kimi təqdim etməyə səbəb olur. Əslində isə insanın fiziki quruluşu, siması, intelekti, fərdiliyi o qədər fərqlidir ki, hansında əsl psixi pozulmanın baş verdiyini anlamaq çətinlik yaradır.

Milli.Az