Fatih Terimdən ciddi dəyişikliklər

23 Fevral 2018 13:16

Bu mövsüm səs-küylü bir şəkildə "Qalatasaray"a baş məşqçi təyin edilən Fatih Terimin komandadan göndərəcəyi ilk futbolçu bəlli olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Terim 9 mart tarixində İsveçərdə təşkil ediləcək UEFA Fair Play toplantısından sonra heyətdə performansını bəyənmədiyi futbolçuları klubdan göndərəcək. Toplantıda kifayət qədər borcu olan "Qalatasaray"a hər hansı sanskiya tətbiq edilməzsə, komandaya kifayət qədər kömək etməyən 8-9 oyunçu sərbəst buraxılacaq.

Klubun maaş siyasətini bəyənməyən Fatih Terim ilk olaraq bu sahələrdən dəyişikliyə başlayacaq. Onun hədəfi komandanın maaş büdcəsini 66 milyon avrodan 60 milyon avroya salmaqdır.

Onun "qara-siyahı"sındakı ilk futbolçunun adı da məlumdur. Sol cinah müdafiəçisi Yasmin Latovleviç Tarimin gələcək planlarına daxil deyil.

Milli.Az