Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Paralimpiya Oyunlarının büdcəsi müəyyənləşib.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Təşkilat Komitəsinin rəsmisi Nensi Pak açıqlama verib. O, ümumi büdcənin 12,5 milyard dollar təşkil edəcəyini bildirib. Vəsaitin böyük hissəsini - 10,1 milyard dolları Cənubi Koreya hökuməti infrastrukturun yaradılmasına ayırıb. Bura 2,4 milyard dollar məbləğində əməliyyat xərcləri də əlavə olunub.
Qeyd edək ki, Pxençxan Qış Paralimpiya Oyunları 9 - 18 martda təşkil olunacaq.
Milli.Az