Nur Yerlitaş Xoşqədəmə zəng vurdu: "Dörd ildir anamı itirmişəm, hələ də..." - VİDEO

22 Fevral 2018 20:10

Türkiyənin məşhur modelyeri Nur Yerlitaş Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişinə zəng edib.

Milli.Az axşam.az-a istinadən, aparıcı proqramına gələn və modelyerin fanatı olan Türkana sürpriz edib.

Nur atasını axtaran Türkana kömək edəcəyini deyib:

"Azərbaycana dəfələrlə gəldim. Oranı çox sevirəm. Məni orada sevən çox dostum var. Nə qədər xınalar etdim orada. Oradan şikayətim var, gələndə çox yemək verilər: balıqlar, paxlavalar, şirniyyatlar... Necə də qonaqpərvərsiniz... 

Türkanı İnstaqramdan tanıyıram. Tez-tez onunla yazışırıq. Atan haradadır onu axtarım, kömək edim. Dörd ildir anamı itirmişəm, hələ də yanıram. Xahiş edirəm, onun atasını tapın. Onu İnstaqramda izləyirəm, ana həsrəti də çəkir. İçim yanır o qıza baxanda. Atasından xahiş edirəm qayıtsın gəlsin".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məşhur modelyer Nur Yerlitaş Xoşqədəmə zəng vurdu: