ABŞ-ın qadınlardan ibarət hokkey üzrə milli komandası Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında çempion olub.
Milli.Az report-a istinadən xəbər verir ki, Robb Stauberin rəhbərlik etdiyi kollektiv finalda Kanada yığmasını 3:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, bürünc medalları üçüncü yer uğrunda oyunda Rusiya millsini 3:2 hesabı ilə yenən Finlandiya millisi qazanıb.
Milli.Az