Azərbaycanın Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında yeganə təmsilçisi Patrik Braxnerin də iştirak etdiyi dağ xizəkçiliyinin slalom növündə qalib müəyyənləşib.
Milli.Az report-a istinadən xəbər verir ki, ikinci keçiddə daha inamlı təsir bağışlayan isveçli Andre Mürer bütün rəqiblərini qabaqlayıb. İsveçrəli Ramon Tsenhoyzern gümüş, avstriyalı Mixael Matt isə bürünc medal qazanıb.
Qeyd edək ki, Patrik Braxner birici keçiddə yıxılaraq finişə çata bilmədiyi üçün mübarizəni erkən dayandırıb.
Milli.Az