Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi dəyişdirildi

29 Mart 2010 12:49
Hüquq-mühafizə orqanlarındakı mənbələrdən APA-ya bildirilib ki, bu vəzifəyə polis polkovniki Nuşirəvan Qasımxan oğlu Səfərov təyin olunub. N.Səfərov buna qədər Baş Dövlət Yol Polisi İdarəsi rəisinin müavini vəzifəsində çalışıb.

BŞDYPİ rəisi vəzifəsini icra edən Həsən Şirinov isə yol polisi sistemindən uzaqlaşdırılıb. O, hazırda BŞPBİ-də rəis müavini vəzifəsində çalışır.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəmşid Hənifəyev Milli.Az xəbər portalına açıqlamasında kadr dəyişikliyi barədə məlumatı təsdiqləyib: "Yeni rəis bu gün təyin edilib. Həsən Şirinov isə fəaliyyətini Bakı Şəhər Baş Polis İdarəsində rəis müavini kimi davam etdirəcək".

Milli.Az