"Sürtülmüş" cins xəstəlik yaradır
12 Avqust 2011 15:45
Anspress-in məlumatına görə, söhbət "Giorgio Armani", "Roberto Cavalli" və "Dolce & Gabbana" moda evlərinin cins şalvar istehsalında qumvuran maşınlardan istifadə edilməsindən gedir. Məsələ burasındadır ki, adıçəkilən moda evləri cins şalvarlara "sürtülmüş" effekti vermək üçün külli miqdarda kvars tozundan istifadə edir. Bu tozla işləmək isə silikoz - yəni ağciyərlərin ölümcül xəstəliyini yaradır. Bu texnologiya artıq 2009-cu ildə Türkiyədə qadağan olunub. Buna səbəb cins şalvar istehsalında qumvuran maşınlarla işləyən 46 operatorun silikoz xəstəliyinə tutulması olub.
İtaliyada təhlükəsiz cins istehsalı tərəfdarları "Təmiz geyim naminə" adlı onlayn-ərizə hazırlayıblar. Ərizəyə artıq 35 min adam səs verib. Lakin "Giorgio Armani", "Roberto Cavalli" və "Dolce & Gabbana" kimi məşhur moda evləri bu çağırışa məhəl qoymayaraq, "sürtülmüş cins" istehsalında təhlükəli texnologiyadan istifadəyə davam edəcəklərini bəyan ediblər.
Milli.Az