İranın müdafiə naziri Azərbaycandadır

21 Fevral 2018 11:15

İranın müdafiə və Silahlı Qüvvələrə dəstək naziri Azərbaycana səfərə gəlib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu gün İran İslam Respublikasının müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Səfər çərçivəsində İran nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Səfər fevralın 22-dək davam edəcək.

Milli.Az