Mingəçevirdə ailə faciəsi: 4 nəfər qazdan zəhərləndi

29 Mart 2010 12:23
Şəhər Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, Mingəçevir şəhər sakini Siyah Hacıyeva, onun uşaqları - 5 yaşlı Fatimə, 4 yaşlı əkizlər Elməddin və Fəxrəddin dəm qazından zəhərləniblər. Nəticədə, Fatimə və Elməddin ölüb, S.Hacıyeva və Fəxrəddin isə xəstəxanaya yerləşdiriliblər.

Hadisə dünən səhər saatlarında baş verib. Faktla bağlı araşdırma aparılır.  

Anar Məmmədov
Milli.Az