Məşhur müğənninin hamilə xanımı: Oğluma ad axtarıram - FOTO

21 Fevral 2018 14:05

Bir müddət sonra oğlum doğulacaq. Onun adını isə hələ də müəyyənləşdirməmişik.

Məşhur amerikalı müğənni Con Leqendin hamilə xanımı Krissi Teyqen dünən Nyu-Yorkda jurnalistlərin suallarını cavablayarkən belə deyib.

22 aylıq qızı Luna ilə birlikdə alış-verişə çıxmış 32 yaşldı modelin dediyinə görə, ikinci övladı oğlan olacaq.

"Oğlumuza hansı adı verəcəyimizi Conla götür-qoy edirik. Dik Leqenj, Riçar Leqend... Olmur. Con deyir ki, oğlumuzun adını Con qoyaq. Yəni "Con Cunior". Bunu da mən bəyənmirəm", - Krissi gülərək söyləyib.

Milli.Az