Karlo Ançelotti İngiltərəyə qayıtmaq istəyir

19 Fevral 2018 20:30

Karlo Ançelotti "Bayern Münhen"dən gedəndən sonra bir neçə təklif alsa da, istirahətini davam etdirir. Təcrübəli mütəxəsis PSJ-nin təklifini geri çevirib, İtaliya millisində isə ölkə futbolunda vəziyyət dəyişməyənə kimi işləməkdən imtina edib.

oal.az xəbər verir ki, 58 yaşlı məşqçi yenidən Premyer Liqada çalışmaq istəyir. Ançelotti London klublarından birinin sükanı arxasına keçmək barədə düşünür. Buna ən real namizəd "Arsenal"dır.

Bir müddət öncə "topçular"ın onunla şifahi razılıq əldə etməsi barədə xəbərlər yayılmışdı. Amma Ançelottinin "Çelsi"yə qayıtması da istisna edilmir. Antonio Kontenin mövsümün sonunda istefaya göndərilməsi sürpriz qərar olmayacaq. 

Milli.Az