Narkotika satışı ilə məşğul olan qadın tutuldu

29 Mart 2010 11:52
Bu barədə Milli.Az xəbrə portalına Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Astara rayon sakini Afilə Babayeva saxlanılıb. Ondan 1 kiloqramdan artıq narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Anar Məmmədov
Milli.Az