Ən özəl sevgililər günü gecəsi - İştirakçılar Gürcüstana səfər qazandı - FOTO

17 Fevral 2018 10:15

14 fevralda hər bir cütlük bu günü özəl keçirmək istəyir. Bütün günü olmasa da, ən azından gün sonunu qeyri-adi qeyd etməyə, romantika ilə zəngin və yeni duyğularla doldurmağa çalışırlar. 

Milli.Az xəbər verir ki, 10line.az İnternet-radiosu yenidən öz dinləyicilərini düşünərək musiqi və qiymətli hədiyyələrlə dolu gecə təşkil edib.

"Euphoria Music Hall"da baş tutan "RED İN THE BLACK" adlı romantik parti Bakının əksər cütlüklərini bir araya yığaraq onlara bir-birinə olan sevgilərini yenidən sübut etmək üçün şans tanıyıb.

Gecənin aparıcısı MC Farid və xüsusi qonaqlar DJ Nasirov & DJ Roll tədbirdə isti atmosfer yaratmağa çalışıb və istəklərinə nail olublar. Zalın mərkəzindəki rəqs meydanı isə hər kəsi özünə cəlb edib və gecə yarışına kimi dünya musiqi hitlərinin ritmləri altında rəqs etməyə məcbur edib.

Partidə təşkilatçılar cütlüklərə münasibətlərinin yeni sərhədlərini tanımağa kömək edən maraqlı müsabiqələrdə keçiriblər. Qalib cütlüklər isə sponsorlar tərəfindən təklif olunan bir-birindən dəyərli hədiyyələr qazanıblar. Hədiyyələr arasında müxtəlif kosmetik məhsullarla yanaşı, hətta Gürcüstana 2 nəfərlik səfər paketi də təqdim olunub.

"10line.az" İnternet-radiosu sevgililər üçün ən ideal atmosferi yaratmağa və cütlüklər üçün ən isti gecəni təşkil etməyə nail olub. Onlar yenidən sübut etdilər ki, dinləyicilərini "dinləməyi" bacarırlar.

Adil Nəcəfov
Milli.Az