Xalq artisti yenə qısa geyimi ilə gündəmdə - FOTO

16 Fevral 2018 10:28

Xalq artisti Məleykə Əsədova sosial şəbəkədə müzakirələrə səbəb olan fotosunu paylaşıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisanın qırmızı rəngli şortikli paltarı tənqid edilib. Hər kəs libasın çox qısa olduğunu yazıb.

M.Əsədova isə paylaşımındakı şərh bölümünü bağlayaraq tənqidlərin qarşısını almağa çalışıb.

Fotoda aktrisanın qızı Gülər də yer alıb. Əsədova paylaşımına "Cənnətdən bir köşə" şərhini yazıb.

Milli.Az