Dilqəm və Şahbaz dəyişdirilə bilər: "Bu istiqamətdə iş gedir" - VİDEO

15 Fevral 2018 21:21

Hazırda 3875 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Onlardan 3165 nəfəri hərbçi, 710 nəfəri isə mülki şəxslərdir. Bunu ''əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyası''nın katibi, işçi qrupun rəhbəri İsmayıl Axundov deyib. O, əsirlikdə olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin dəyişdirilə biləcəyini də istisna etməyib.

''Erməni diversantları Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişdirə bilərik''.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bunu jurnalistlərə müsahibəsində ''Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası''nın katibi, İşçi Qrupun rəhbəri İsmayıl Axundov deyib. Onun sözlərinə görə, bu məsələ daim diqqət mərkəzində saxlanılır.

İtkin və əsir düşənlərin sayında komisiyya tərəfindən dəqiqləşmə aparıldığını deyən İsmayıl axundov qeyd edib ki, hazırda 3875 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır

İndiyə kimi 1550 nəfər itkin düşmüş şəxsin 4119 nəfər ailə üzvündən bioloji nümunələr götürülüb və hazırda bu istiqamətdə işlər davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Dilqəm və Şahbaz dəyişdirilə bilər: