Sərnişin daşıyanlara yeni cərimə tətbiq olunacaq - VİDEO

15 Fevral 2018 21:18

Ölkədaxili yük və sərnişin daşıyan nəqliyyat vasitələrinə də taxoqraf quraşdırılacaq. Bu qaydaları pozanları isə 40 manat məbləğində cərimə gözləyir. Bununla bağlı qanun layihəsi hazırlanıb.

Şəhərlərarası və rayonlararası sərnişin daşıyanlar avtobuslara taxoqraf quraşdırılacaq.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, İnzibati Xətalar Məcəlləsinə əasən beynəlxalq daşımaları həyata keçirən yük avtomobillərinin və avtobusların nəzarət qurğusu, yəni, taxoqraf olmadan və ya işləməyən, yaxud möhürlənməsi pozulmuş taxoqrafla idarə edilməsinə görə 40 manat cərimə nəzərdə tutulur. Hazırlanan yeni layihəyə görə isə ölkədaxili sərnişin və yük daşımalarını təşkil edən fiziki və hüquqi şəxslər də bu qaydaları pozduğuna görə 40 manat məbləğində cərimələnəcəklər.

Məqsəd nəqliyyat vasitələrinin sürət həddini aşmadan və istirahət rejiminə əməl etməklə idarə olunmasını təmin etməkdir. Çünki, bu cihaz nəqliyyat vasitələrinin bütün hərəkətlərini, sürrət həddini və nə qədər vaxt fasiləsiz yol getdiyini dəqiqliklə qeydə alır. Yol Hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, qanun qəbul olunsa da, tez bir zamanda onu tətbiq etmək o qədər də real görünmür. Çünki, heç bir sürücü özü taxoqrafı ala və avtomobilə quraşdıra bilməz. Cihazın quraşdırılmasını üçün akkreditasiyadan keçən emalatxanalar həyata keçirməlidir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən də "Xəzər Xəbər"ə bildirildi ki, taxoqrafın yoxlanılması və digər xidmətlərin yerin yetirilməsi üçün arıtq 2 şirkət onlardan sertifikat alıb. Layihə Milli Məclisin fevralın 23-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sərnişin daşıyanlara yeni cərimə tətbiq olunacaq