Reanimasiyaya yerləşdirilən aktyordan XƏBƏR VAR

15 Fevral 2018 20:53

Beyin damarlarında yaranan tromp üzündən əməliyyat olunan və reanimasiyaya yerləşdirilən "Yeşilçam" ulduzu Kadir İnanırdan xəbər var.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyorun vəziyyəti yaxşıdır və o, palataya köçürülüb.

Bu barədə K.İnanırın həkimi məlumat verib:

"Gözəl xəbərləri sizinlə paylaşmaq istəyirəm. Səhər Kadir bəylə söhbətimiz oldu. Artıq reanimasiyada deyil, hətta ayağa da qalxıb".

Milli.Az