ABŞ dövlət katibi Türkiyəyə səfər etdi

15 Fevral 2018 20:50

ABŞ dövlət katibi Reks Tillerson Türkiyəyə səfər edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, R. Tillersonun Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü nəzərdə tutulub.

Görüşlərdə Türkiyənin Afrində həyata keçirdiyi əməliyyatlar, Suriyada vəziyyət və ikitərəfli əlaqələrdə yaranmış problemlər müzakirə olunacaq.

Milli.Az