XİN: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə xüsusi diqqət ayırır"

15 Fevral 2018 17:53

Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə xüsusi diqqət ayırır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN nümayəndəsi Mariya Zaxarova deyib.

M.Zaxarova qeyd edib: "Biz ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq və biz bu prosesə son dərəcədə diqqət ayırırıq. Ən əsası isə tərəflərin nəzərdə tutduğu işlərin həyata keçirilməsində iştirak edirik".

Milli.Az