Şəkidə 8 otaqlı ev yandı

15 Fevral 2018 18:45

Gündüz saatlarında Şəkidə yanğın faktı qeydə alınıb.

Milli.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, şəhərin Turan qəsəbəsində ümumi sahəsi 400 kv.m olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları 350 kv.m və ona bitişik tikilmiş, ümumi sahəsi 150 kv.m olan talvarın yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Milli.Az