Cənubi Afrika Respublikasının yeni prezidenti MƏLUM OLDU

15 Fevral 2018 17:28

Siril Ramaposa Cənubi Afrika Respublikasının (CAR) yeni prezidenti olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə qərar ölkə parlamentinin xüsusi iclasında qəbul olunub.

S.Ramaposa bundan əvvəl vitse-prezident vəzifəsində çalışıb.

Qeyd edək ki, ötən gün CAR Prezidenti Ceykob Zuma xalq müraciət edərək dövlət başçısı vəzifəsindən istefa verdiyini elan edib.

Xatırladaq ki, son vaxtlar müxalifət dövlət əmlakının israf edilməsi ilə bağlı qalmaqala görə hakim partiyaya təzyiq göstərirdi.

Milli.Az