"Fitch" SOCAR-ın reytinqlərini təsdiq etdi

15 Fevral 2018 17:31

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) uzunmüddətli emitent defolt reytinqini BB+, qısamüddətli emitent defolt reytinqini B, prioritet təmin olunmamış reytinqini BB+ səviyyəsində təsdiq edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bütün reytinqlər üzrə proqnozlar mənfidən sabitə dəyişdirilib.

Milli.Az