Banu Alkan ərə gedir

15 Fevral 2018 20:35

"Yeşilçam" ulduzu Banu Alkan ərə getməyə hazırlaşır. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa İzmirdə gəlinliklərin hazırlandığı moda evlərindən birinin açılışına qatılıb. O, jurnalistlərlə söhbətində tezliklə ərə gedəcəyini deyib:

"Gəlinlikləri çox bəyəndim. Amma yenə də sevgilimdən soruşmalıyam, hansı gözəldir. Los-Ancelesdəki bəy namizədinə zəng vuraq". Banu Amerikadakı sevgilisinin adını açıqlamayıb.

Milli.Az