""Liverpul"da eqoist oyunçu yoxdur"

15 Fevral 2018 20:10

"Liverpul"un sabiq kapitanı Stiven Cerrard indiki komandanın 2013/14 mövsümündəki komandadan daha yaxşı olduğunu düşünür.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, veteran futbolçu fikrini belə izah edib:

"Luis Suarezin komandasını indiki kollektivlə müqayisə edib onu deyə bilərəm ki, hazırda futbolçuların əlaqəsi daha yaxşıdır. Mane hücum xəttinə sürət və əzmkarlıq verir. Firmino topu özündə saxlamaqla komanda yoldaşları üçün boş zonalar açır. Salahda isə hər ikisindən var və qollar vurur. Bu komandanın topla oynamaqda inanılmaz sürəti var. Komandada eqoist oyunçu yoxdur. Onların hər biri ötürmə ilə oynayır. Kimsə daha yaxşı mövqedə qərar tutubsa, ona mütləq diqqət yetirirlər".

Milli.Az