Daniel Seqoviya Hindistan klubuna transfer olundu

15 Fevral 2018 20:30

"Neftçi"nin qışda yollarını ayırdığı Daniel Lukas Seqoviya özünə yeni klub tapıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 32 yaşlı forvard karyerasını Hindistanda davam etdirəcək.

İspaniyalı hücumçu  "Benqalur"a transfer olub. Seqoviya Super Liqa təmsilçisiylə mövsümün sonuna kimi müqavilə imzalayıb.

Seqoviya "Neftçi"də 19 oyuna 5 qol vurub.

Milli.Az