"Səbail" afrikalı futbolçu ilə müqavilə bağladı

15 Fevral 2018 16:29

"Səbail"in Belçika "Standart"ından icarəyə götürdüyü Faruk Miya artıq Bakıdadır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, uqandalı yarımmüdafiəçi ilə rəsmi müqavilə imzalanıb. 20 yaşlı futbolçu mövsümün sonuna kimi Topaz Premyer Liqanın debütantının şərəfini qoruyacaq.

Qeyd edək ki, bu mövsüm əsasən "Standart"ın ikinci komandasında meydana çıxan 20 yaşlı yarımmüdafiəçinin transfer qiyməti 400 min avrodur.

Milli.Az