Ermənistanda qadınlar qorxu içindədirlər

11 Avqust 2011 15:25
"Kişilərin çoxu keçmiş sovet respublikasını tərk edir və öz ailələrini təmin etmək üçün Rusiyaya gedirlər, qadınlar və uşaqlar isə adətən sahələrdə işləyirlər", - Trend-in məlumatına görə, BBC xəbər verir.

BBC-nin məlumatına görə, iki uşaq anası olan bir erməni qadın deyir ki, qadınların çoxu ərlərinin adətən olduğu kimi, Rusiyada ikinci dəfə ailə quracağından ehtiyatlanır.
Dzoraqyuxda yaşayan Milena Kazaryan deyib:

"Qadınların hamısı, həqiqətən, qorxu içindədir. Biz hər səhər və axşam zəng edirik ki, ərlərimizin nə ilə məşğul olduğundan xəbər tutaq. Çoxları narahatdır, çünki fikirləşirlər ki, Rusiyada gözəl qızlar var. Problem odur ki, kişilərimiz çox işləyirlər və əlbəttə ki, dincəlmək istəyirlər. Çox ağırdır, çünki bütün ailə kişilərin nə vaxt evə dönəcəyini gözləyir. Biz yalnız onu istəyirik ki, Ermənsitanda iş olsun, ailələrimiz evlərində qala bilsinlər, atalar uşaqlarının necə böyüdüyünü görə bilsinlər. Ailə təkcə anadan ibarət deyil, bizə atalar da lazımdır".

İnsan hüquqları uğrunda mübarizə aparanlardan birinin yazdığına görə, kişi çatışmazlığı Ermənistan cəmiyyətində hiss olunmağa və doğum səviyyəsinə təsir göstərməyə başlayıb.

"Ərə getmək şansı olmayan yeni qızlar nəsli yaranıb, çünki oğlanların hamısı ölkəni tərk edirlər. Əhalinin sayının stabil səviyyədə saxlanılması baxımından doğum səviyyəsi çox aşağıdır", - BBC-nin məlumatına görə, Karina Danielyan hökumətə məktubunda yazıb.

Milli.Az