Ukraynada PARTLAYIŞ

15 Fevral 2018 18:25

Ukraynada İvano-Frankovskiy vilayətində Stepan Banderanın muzeyində partlayış baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, partlayış gecə saatlarında qeydə alınıb.

Məlumata görə, partlayış nəticəsində muzeyə ciddi ziyan dəyməyib. Muzey direktorunun sözlərinə görə, muzeyin giriş hissəsində dağıntılar qeydə alınb.

Partlayışın hansı səbəbdən baş verməsi hələ məlum deyil. Hazırda hadisə yerində tədqiqatçılar işləyir, muzeydəki video-kameralardan alınan görüntülər tədqiq olunur.

Milli.Az