"Həyat yoldaşımı bilmirəm niyə sevirəm" - Manana - VİDEO - FOTO

15 Fevral 2018 17:59

Milli.Az bildidir ki, "ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan müğənni Manana Caparidze maraqlı açıqlamalar verib.

Bir müddətdir Azərbaycanda olmayan müğənni Manana sənətilə bağlı məsələləri həll etməklə yanaşı, həm də evliliyinin 10 illiyini qeyd etmək üçün həyat yoldaşı ilə gözəl bir istirahət keçirib:

"Həyat yoldaşımla evliliyimizin 10 illiyini qeyd etdik. Azərbaycanda olmama səbəblərimdən biri də bu idi. 8 və 26 yanvar tarixləri bizim evlilik ildönümlərimizdir".

Ailə qurmamışdan öncə övlad sahibi olmanın necə bir hiss olduğunu anlamadığını deyən müğənni indi iki uşaq sahibi olaraq həyatının daha da gözəlləşdiyini etiraf etdi:

"İndi artıq mənim uşaqlarım var. Əvvəl yoxuydu, ana olmağın necə bir hiss olduğunu anlamırdım. Qızım Elizabet və oğlum David dünyaya gəldikdən sonra mənim üçün həyat önəmli, mənalı və parlaq olmağa başladı. Nə mənim həyat yoldaşım, nə uşaqlarım, nə anam, ümumiyyətlə, heç kim, heç vaxt hiss etməyib ki, Manana bir az yorğundur. Mən hamilə olanda belə ağırlarım olsa da, bunu üzdə büruzə verməmişəm".

Müğənni həyat yoldaşının ona qadağa qoymadığını deyib.

"Xeyr, heç vaxt heç nə deməyib. Demirəm ki, bu şəraiti mən yaratmışam. Ola bilər ki, onun da təsiri var. Ancaq özümü yaxşı idarə edə bilirəm. Həyat yoldaşım da məni yaxşı tanıyır. O, mənə hörmət edir və sevir. Mən də onu milyon dəfə çox sevirəm və hörmət edirəm. Məndən soruşsalar ki, həyat yoldaşını niyə görə sevirsən, doğurdan, bilmirəm. Bir şeyi bilirəm ki, o, mənimdir, ürəyimdədir, ağlımadır. O da məni eyni hisslərlə sevir. O da deyir ki, guya mən indi səninlə tanış olmuşam və indi səni daha çox sevirəm".

İfaçının danışığından belə məlum olur ki, özü üçün təyin etdiyi iş vaxtından əlavə, ailəsi ilə bərabər olduğu zaman heç bir qüvvə Manananı hansısa məclisə apara bilməz:

"Hamı bilir ki, müyyən vaxt çərçivəsində mən işdəyəm, işlə məşğulam. Evə gedəndə və ailəmlə bərabər olanda iş düşünmürəm. Ya mən, ya da həyat yoldaşım övladlarımızın yanında oturub, onlarla vaxt keçiririk. Valideynlərimiz də bizə kömək edirlər".

Manana artıq illərdir təxminən eyni imicdə olmasına baxmayaraq, özünü sadə görkəmdə daha rahat hiss etdiyini və fanatlarının da onu bu cür sevdiyini açıqladı:

""Party music" klipimdə stilist Anar Ağakişiyevlə işləmişdim. Orada dəyişikliklər var. Amma hər gün, hər çıxış üçün stil dəyişməyin mənası yoxdur. Güzgüyə baxanda sadəliyimlə özümü qəbul edirəm və məni də sevənlərim elə bu cür qəbul edir".

Müğənni artıq Azərbaycanda fəaliyyətinin 20 illiyinə həsr olunacaq konsert vermək haqda da düşünür:

"May ayında Gürcüstanda konsert planlaşdırılır. Ona görə də məşqlər üçün mən Gürcüstana getməliyəm.Təsəvvür edin ki, artıq vətənim hesab etdiyim Azərbaycanda mən 20 ildir ki, fəaliyyət göstərirəm. 20 illə bağlı arzumuz var ki, gözəl bir konsert təqdim edim. 1997-ci ildə Bakıya gəlmişəm. Bu il 20 il olacaq. Bura mənim doğma vətənim olub. Burda baş verən hadisələr mənə aiddir".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: