Amerikalı uşaqlar Azərbaycana həsr edilmiş rəsmlər çəkiblər

15 Fevral 2018 18:20

Uzun illərdir ABŞ-ın Nyu York şəhərində Azərbaycan mədəniyyətini təbliğ edən, "My Way Development Center" uşaqların inkişaf mərkəzinin rəhbəri, həmyerlimiz Alyona Bədəlovanın təşkilatçılığı ilə amerikalı uşaqların Azərbaycana həsr etdiyi rəsm əsərlərinin sərgisi keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.az-a verilən məlumata görə, "Azərbaycan amerikalı uşaqların gözü ilə" adlı sərginin açılışı fevralın 16-da saat 16:00-da Bakıda "Xatai Art Center"də olacaq.

Sərginin açılış mərasimində incəsənət xadimləri, ziyalılar, Diasporla İş üzrə Dövlət Komitəsinin və ABŞ-ın Azərbaycandakı Səfirliyinin nümayəndələri iştirak edəcəklər.

Zərif Nisə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində