Kamal Kılıçdaroğlu əməliyyat olundu

15 Fevral 2018 15:48

Türkiyənin ana müxalifət partiyasının sədri Kamal Kılıçdaroğlu xəstəxanaya yerləşdirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Cümhuriyyət Xalq Partiyası (CHP) liderinin sidik yollarında problem yaranıb.

CHP-dən verilən açıqlamada K. Kılıçdaroğlunun əməliyyat olduğu bildirilib.

Açıqlamada o da qeyd olunur ki, K. Kılıçdaroğlunun vəziyyəti hazırda yaxşıdır, qısa zaman ərzində xəstəxanadan çıxarılması gözlənir.

Milli.Az