"Hakim cəzalandırılmalıdır"

15 Fevral 2018 15:05

"Canluka Rokkinin hakimliyini bəyənmirəm. Bu matçlarda kiçik səhvlər böyük fərqlər yaradır. Mənə bildirdilər ki, Ramos əllə oynayıb. Düzdür, mən həmin epizodu dəqiq görmədim. Əgər elədirsə, hakim cəzalandırılmalıdır.Özümə bəraət qazandırmıram. Amma daha yaxşı hakim olsaydı, meydandan qələbə ilə ayrıla bilərdik".

Milli.Az qol.az-a istinadən xəbərə verir ki, bu sözləri PSJ-nin baş məşqçisi Unai Emeri Çempionlar Liqasının 1/8 finalında "Real"a 1:3 hesabı ilə uduzduqları ilk oyundan sonra deyib.

O, növbəti mərhələyə yüksəlmək şanslarının hələ də qaldığını bildirib: "Pis nəticə ilə meydandan ayrıldıq. Amma belə oynamağa davam etsək, növbəti mərhələyə keçə bilərik. Ancaq hakim qərarları belə davam etsə, işimiz çətin olacaq".

Milli.Az