AFFA milliyə daha bir rəqib tapdı

15 Fevral 2018 13:57

Azərbaycan millisinin yoxlama oyunu keçirəcəyi daha bir komanda müəyyənləşib. Yığmamız Qırğızıstanla gücünü sınayacaq.

Milli.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçla bağlı iki ölkənin futbol federasiyaları arasında artıq razılıq əldə olunub. Qarşılaşma mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Bundan əvvəl, komandamızın martın 23-də Belarusla Bakıda, 27-də Makedoniya ilə Antalyada, iyunun 9-da Latviya ilə səfərdə yoxlama oyunu keçirəcəyi dəqiqləşmişdi.

Milli.Az