USAID rəsmisi Azərbaycana səfərə gələcək

15 Fevral 2018 13:39

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Avropa və Avrasiya Bürosu rəhbərinin köməkçisi Brok Birman regional səfərləri çərçivəsində Azərbaycana da gələcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, B.Birmanın regiona səfərləri fevralın 14-dən martın 8-dək davam edəcək.

Bildirilir ki, səfəri zamanı o, USAID-in dəstəklədiyi proqramların nümayəndələri ilə və ölkənin rəsmi şəxsləri görüşlər keçirəcək.

Qeyd edək ki, B.Birman daha sonra Gürcüstana səfər edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində