Məzahir Pənahov: "Azərbaycanda keçirilən seçkilər digər ölkələr üçün nümunə ola bilər"

15 Fevral 2018 12:00

Azərbaycanda keçirilən seçkilər digər ölkələr üçün nümunə ola bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.

M.Pənahov bildirib ki, Azərbaycanda seçkilərin keçirilməsi üçün ictimai-siyasi sabitlik əsas amildir: "Biz çox şadıq ki, Azərbaycanda seçkilər həmişə ictimai-siyasi sabitlik şəraitində keçirilir".

MSK sədri qeyd edib ki, Azərbaycanda seçki komissiyaları böyük naliyyətlər əldə ediblər və Azərbaycanda keçirilən seçkilər digər ölkələr üçün nümunə ola bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində